Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi qaydalarını dəyişib - BBN

AMB sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi meyarlarına dəyişiklik edib.

BBN.az xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov qərar imzalayıb.

Yeni qaydalara əsasən, kommersiya banklarının AMB-də yerləşdirdiyi aktivlər bundan sonra sistem əhəmiyyətli bankların qiymətləndirilməsi zamanı nəzərə alınmayacaq.

Eyni zamanda, bankların sistem əhəmiyyətliliyinin müəyyənləşdirilməsi zamanı AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) üzərindən həyata keçirilən müştəri köçürmələri və banklararası ödəniş əməliyyatlarının sayı və ümumi məbləği də qiymətləndiriləcək.

Dəyişikliklərə əsasən, sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-dək AMB İdarə Heyətinin qərarı ilə təsdiqlənəcək. Əvvəllər bu siyahı mart ayında təsdiqlənirdi.

Bundan başqa, bank kapitalının adekvatlığının hesablanması qaydalarına da dəyişiklik edilib. Belə ki, sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank siyahıya daxil edilərsə və ya artıq sistem əhəmiyyətli bank olan qurumun daxil olduğu qrup yüksəldilərsə, yeni sistem əhəmiyyətli bank kapital buferi tələbi siyahının təsdiq edildiyi ildən sonrakı il yanvarın 1-dən tətbiq olunacaq.

Bankın sistem əhəmiyyətli banklar siyahısından çıxarılması və ya onun sistem əhəmiyyətlilik qrupunun aşağı salınması isə yalnız ardıcıl iki il ərzində aparılan hesablamalarla təsdiqləndikdə qüvvəyə minəcək.

Bu halda kapital buferi üzrə azaldılmış tələb siyahının təsdiq edildiyi tarixdən etibarən dərhal tətbiq olunacaq.

Related posts

Əhalinin əmanətləri artır, şirkətlərin depozitləri azalır – İqtisadçı səbəbləri açıqladı

Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər

İstehlak kreditini vaxtından əvvəl cəriməsiz qaytarmaq mümkündür? – Ekspertdən açıqlama

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı