Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə Mərkəzi Bankı (TMB) ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparır. Bunu bu gün keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.
“Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq” – deyərək E.Rüstəmov bildirib.