Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

28 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50200396S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 98.6193  AZN (6%) və 99.2129  AZN (3.4%) olan 19 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279,763,800.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.2129  AZN (3.4%), orta ölçülmüş qiyməti isə 99.2129  AZN (3.4%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 22.04.2022-ci ildir.

Related posts

Beynəlxalq əmtəə və fond və valyuta bazarlarının göstəriciləri (22.05.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (05.05.2026)

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı