Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Yenilənmiş 100 manatlıq əskinas iyulun 15-də dövriyyəyə buraxılacaq - BBN

AMB: Yenilənmiş 100 manatlıq əskinas iyulun 15-də dövriyyəyə buraxılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il iyulun 15-dən etibarən yenilənmiş dizayna və təkmilləşdirilmiş təhlükəsizlik xüsusiyyətlərinə malik 100 manatlıq əskinası dövriyyəyə buraxmağı planlaşdırır.

BBN.az xəbər veir ki, bu barədə AMB-nin baş direktoru Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni pul nişanlarının və ya mövcud əskinaslarda edilən dəyişikliklərin təqdimatı ilə bağlı ictimaiyyət əvvəlcədən Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə məlumatlandırılır.

Rəşad Məmmədov xatırladıb ki, son yenilik ötən ilin dekabrında yenilənmiş 50 manatlıq əskinasın tədavülə buraxılması olub. Növbəti mərhələdə isə 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanı istifadəyə veriləcək.

AMB rəsmisi qeyd edib ki, aparılan təhlillər saxta pul hazırlayanların əsasən rəngli surətçıxarma və skaner kimi sadə üsullardan istifadə etdiyini göstərir. Belə saxta əskinaslar bank əməkdaşları və xüsusi avadanlıqlar tərəfindən asanlıqla aşkar edilir.

Onun sözlərinə görə, milli valyutada tətbiq olunan müasir təhlükəsizlik elementləri və yüksək texniki standartlar nəticəsində Azərbaycan manatının saxtalaşdırılma göstəricisi dünyanın aparıcı valyutaları, eləcə də region ölkələrinin pul vahidləri ilə müqayisədə aşağı səviyyədə qalır.

Related posts

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

AMB: Əhalinin banklara xalis dollar satışı 274 milyon dollara yaxınlaşıb

AMB valyuta bazarında alış əməliyyatlarını artırdı: Ehtiyatlar ilin əvvəlindən 1,64 milyard dollar yüksəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı