Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Apple-ın birinci yarımillik xalis mənfəəti illik müqayisədə 6,2% artıb - BBN

Apple-ın birinci yarımillik xalis mənfəəti illik müqayisədə 6,2% artıb

Apple-ın xalis mənfəəti 6,2% artıb.İkinci rübdə gəlir proqnozları üstələyib.

BBN.az xəbər verir ki, “Apple” şirkəti 2024-2025-ci maliyyə ilinin birinci yarısında xalis mənfəətinin illik müqayisədə 6,2% artaraq 61,11 milyard dollara çatdığını açıqlayıb. Şirkətin maliyyə hesabatlarına əsasən, səhm başına azaldılmış mənfəət bu dövrdə 3,71 dollardan 4,05 dollara yüksəlib.

Şirkətin ümumi gəliri isə 4,4% artaraq 219,659 milyard dollara çatıb.

Maliyyə ilinin ikinci rübündə “Apple”ın xalis gəliri illik müqayisədə 4,8% artaraq 24,78 milyard dollar olub. Bu dövrdə səhm üzrə azaldılmış mənfəət 1,53 dollardan 1,65 dollara qalxıb ki, bu da analitiklərin 1,61 dollarlıq proqnozunu üstələyib. İkinci rüb üzrə gəlir də 5,1% artaraq 95,359 milyard dollara çatıb və gözlənilən 94,22 milyard dolları keçib.

Məhsul bölmələri üzrə nəticələr belədir:

  • iPhone satışları 1,9% artaraq 46,841 milyard dollar,

  • Mac satışları 6,7% artaraq 7,949 milyard dollar,

  • iPad satışları isə 15,2% artaraq 6,402 milyard dollar təşkil edib.

Ev və aksesuarlar kateqoriyasında (Apple Watch, AirPods və s.) gəlirlər 4,9% azalaraq 7,522 milyard dollara düşüb. Xidmətlər bölməsi isə analitiklərin 26,69 milyard dollarlıq proqnozuna yaxın nəticə göstərərək 26,645 milyard dollarla yekunlaşıb ki, bu da 11,6%-lik artım deməkdir.

“Apple” həmçinin Direktorlar Şurasının 100 milyard dollara qədər əlavə səhm geri alımı proqramını təsdiqlədiyini və hər səhmə görə dividendi 0,26 dollara (4% artım) çatdırdığını elan edib. Bütün bu göstəricilərə baxmayaraq, şirkətin səhmləri bazardan sonrakı ticarət sessiyasında 2,5% ucuzlaşıb.

Qeyd edək ki, 1976-cı ildə yaradılmış “Apple” şirkəti fərdi kompüterlər, planşetlər, mobil telefonlar, ağıllı saatlar və proqram təminatı istehsalçısıdır.

Related posts

“Anthropic” ABŞ administrasiyasını məhkəməyə verib

ABŞ Nvidia və Advanced Micro Devices AI çiplərinin ixracını xarici investisiya öhdəlikləri ilə bağlamağı nəzərdən keçirir

“X” müharibə səbəbindən yeni qaydalar tətbiq etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı