Apple-ın gəlirləri azalıb

Apple, 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 Martda bitən 3 aylıq dövr üçün balans hesabatını açıqladı.

BBN.az xəbər verir ki, şirkətin qazancı sözügedən dövrdə illik  4 faiz azalaraq 90,8 milyard dollar oldu. Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar qazanc əldə edib.

Bazarın gözləntiləri Apple-ın sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı idi.

Eyni dövrdə Apple-ın xalis mənfəəti 2 faiz azalaraq 23,6 milyard dollar olub. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar olub.

Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı