Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin Sədr müavini seçilib - BBN

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin Sədr müavini seçilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin həcmi 8 trilyondan çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat olan Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cı iclasında iştirak edir. Oman İnvestisiya Təşkilatının “Dayanıqlı gələcək axtarışında” başlığı altında ev sahibliyi etdiyi tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutlarını təmsil edən 200-dən çox nümayəndə qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin Sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə seçilib. Qeyd olunmalıdır ki, İdarə Heyətinin sədr müavini vəzifəsi üç ili əhatə edir və sözügedən müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin Sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.

Çıxışı zamanı İsrafil Məmmədov Santiaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq,” – deyə o bildirib.

Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.

Katibliyi London şəhərində yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığı altında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutmuşdur.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı