Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF: Qlobal bazarlarda dalğalanmaya baxmayaraq qızıl investisiyaları portfeli dəstəkləyib - BBN

ARDNF: Qlobal bazarlarda dalğalanmaya baxmayaraq qızıl investisiyaları portfeli dəstəkləyib

2026-cı ilin birinci rübündə qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaradıb.

Rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları müsbət nəticə göstərərək portfelə əhəmiyyətli töhfə verib.

Məlumata əsasən, inkişaf etmiş ölkələrin istiqraz bazarlarında ilin ilk iki ayında gəlirlilik azalma trendi nümayiş etdirib. Lakin mart ayında Yaxın Şərqdə gərginliyin artması, enerji qiymətlərinin yüksəlməsi və inflyasiya gözləntilərinin güclənməsi nəticəsində gəlirlilik artıb ki, bu da istiqraz qiymətlərinə mənfi təsir göstərib.

Qeyd olunur ki, bu dinamika xüsusilə Avropa bazarlarında daha kəskin hiss edilib, ABŞ dollarında denominasiya olunmuş aktivlər isə nisbətən sabitliyini qoruyub.

Qlobal səhm bazarları rübün əvvəlində müsbət performans nümayiş etdirsə də, sonradan geosiyasi risklərin təsiri ilə geriləmə ilə üzləşib.

Eyni zamanda, qızıl 2026-cı ilin əvvəlində yüksək qiymət səviyyələri ilə diqqət çəkib. Mart ayında müəyyən eniş müşahidə olunsa da, ümumi rüb üzrə müsbət nəticə qeydə alınıb. Bu isə ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirlərin formalaşmasına şərait yaradıb.

Fondun özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da hesabat dövründə müsbət gəlirlilik nümayiş etdirib.

Beləliklə, ARDNF qlobal maliyyə bazarlarında müşahidə olunan volatilliyə baxmayaraq, qızıl və alternativ investisiyalar hesabına ümumi portfel sabitliyini qoruyub.

Related posts

Sevil Mikayılova: “Maliyyə icarəsi haqqında” qanun iqtisadi artıma mühüm töhfə verəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara yüksəlib

Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı