Donald Trampın İranla bağlı verdiyi yumşaq mesajlar və Hörmüz əməliyyatını dayandırması qlobal bazarlardan sonra Asiya birjalarında əsl bayram ab-havası yaradıb. İnvestorların risk iştahının pik həddə çatması ilə regionun bütün əsas indeksləri yaşıl zonaya keçib.
Xüsusilə texnologiya sektorundakı nəhəng artım dalğası Cənubi Koreyanın KOSPI indeksini tarixi rekord səviyyəyə daşıyıb. Çip istehsalçıları və süni intellekt nəhəngləri ətrafındakı nikbinlik iqtisadi artım gözləntilərini stimullaşdırır.
Trampın “sülh yaxındır” anonsu neft qiymətlərindəki qeyri-müəyyənliyi azaltsa da, texnologiya rallisi hazırda bazarların əsas hərəkətverici qüvvəsinə çevrilib. Yaponiyanın Nikkei və Honq-Konqun Hang Seng indeksləri də bu müsbət tendensiyadan geri qalmayaraq günü yüksəlişlə tamamlayıb. Ekspertlər hesab edir ki, geosiyasi gərginliyin azalması və ABŞ-dan gələn bu müsbət siqnallar yaxın günlərdə qlobal maliyyə axınlarını daha da sürətləndirə bilər. İndi hamı bir sualın cavabını axtarır: Bu yüksəliş dalğası nə qədər davam edəcək?