Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiya Birjalarında "Texnoloji Ralli": Süni Zəka Bumu və Atəşkəs Ümidi Bazarları Coşdurdu! - BBN

Asiya Birjalarında “Texnoloji Ralli”: Süni Zəka Bumu və Atəşkəs Ümidi Bazarları Coşdurdu!

Qlobal bazarlarda texnologiya nəhənglərinin yüksəlişi və geosiyasi gərginliyin azalma ehtimalı Asiya birjalarında ciddi artıma səbəb olub.

Çərşənbə axşamı baş tutan ticarət sessiyasında Cənubi Koreyanın KOSPI indeksi 3.4% artaraq son altı həftənin zirvəsinə yüksəlib. Bu artımda süni zəka (AI) çiplərinə olan tələbatın artması fonunda rekord vuran SK Hynix (+9%) və Samsung Electronics (+4%) səhmləri hərəkətverici qüvvə olub.

Yaponiyanın Nikkei 225 indeksi isə texnoloji investor olan SoftBank Group-un 10%-dən çox dəyər qazanması sayəsində 2.5% yüksəlib. Bazarlara təsir edən əsas faktorlar gəldikdə isə qeyd edək ki, ilk təsir amili texnoloji yüksəlişdir. Bele ki, ABŞ-ın “Wall Street” birjalarındakı müsbət dinamika Asiya çip istehsalçılarına birbaşa sirayət edib. Təbii ki, İran-ABŞ Gərginliyinin də təsiri qaçılmazdır. İslamabadda baş tutan danışıqların uğursuzluğuna və Hörmüz boğazındakı blokada risklərinə rəğmən, Vaşinqton və Tehran arasında ikinci raund danışıqlar barədə xəbərlər investorlarda “atəşkəs” ümidini artırıb.Üçüncü faktor kimi isə Çin Faktoru qeyd edilir. Çinin ixracat rəqəmlərinin mart ayında gözləniləndən zəif (cəmi 2.5%) artması bazarda müəyyən ehtiyatlılıq yaratsa da, ümumi nikbinliyi poza bilməyib.

Ekspertlər bildirir ki, regionda neft nəqliyyatı üçün kritik olan Hörmüz boğazı ətrafındakı vəziyyət və Çinin iqtisadi stimulları yaxın günlərdə birjaların əsas trendini müəyyən edəcək.

Related posts

Yaponiyada “Maaş İnqilabı”? 34 ildən sonra tarixi rekord!

Neft bazarında “Hizbullah” şoku: Sülh ümidləri puç oldu, qiymətlər yenidən yüksəlir!

Qızıl bazarında “Fırtına” öncəsi sakitlik: İran gərginliyi və ABŞ-ın mühüm hesabatı investorları təşvişə saldı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı