Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiya İnkişaf Bankının məsləhətçi qrupu ilə görüş olub - BBN

Asiya İnkişaf Bankının məsləhətçi qrupu ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) məsləhətçi qrupu ilə görüşdə ölkəmizdə peşə təhsili və hazırlığı sisteminin inkişafı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, habelə regional peşə təhsili mərkəzləri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri qeyd edib. Nazir müavini peşə hazırlığı və əlavə təhsil sisteminin, bu sahədə idarəetmənin, peşə və kvalifikasiya standartlarının hazırlanması mexanizminin mütərəqqi beynəlxaq təcrübə və əmək bazarının tələbləri əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin sosial sahələr üzrə direktoru Rie Hiraoka missiyanın məqsədinin bu sahədə aparılan islahatlarda “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyən olunması, müvafiq dəstəyin verilməsi olduğunu deyib.

Görüşdə peşə təhsili və hazırlığı sektorunda əldə edilmiş nəticələrə və bu sahədə gələcək əməkdaşlıq istiqamətlərinə dair məsləhətləşmələr aparılıb.

Related posts

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı