Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiya-Sakit okean səhm bazarları ABŞ-ın yaxınlaşan əmək bazarı hesabatları ilə əlaqədar enib - BBN

Asiya-Sakit okean səhm bazarları ABŞ-ın yaxınlaşan əmək bazarı hesabatları ilə əlaqədar enib

Cümə günü Asiya-Sakit okean səhm bazarları aylıq yaxınlaşan əmək bazarı hesabatları ilə əlaqədar enib. Bu isə ABŞ Mərkəzi Bankının (FED) noyabrdakı görüşündəki qərarına təsir edəcək. 

BBN.az bu haqda CNBC Business-ə istinadən xəbər verir.

Dow Jones-ın iqtisadçıları tərəfindən aparılan sorğuya, əsasən əlavə edilən işçi sayı 275.000-ə yüksələcək, işsizlik səviyyəsi isə 3.7%-də qalacaq. Honkonqun Hang Seng indeksi ticarətin son saatında 1.27% və Hang Seng Tech isə 2.96% enib. Yaponiyada Nikkei 225, 0.71% enib və 27.116.11-ə çatıb. Topix index isə 0.82% enib və 1906.80 olub. Avstraliyada S&P/ASX 200 0.8% azalıb, 6.762.80 olub. 

Analitik Craig Chan isə deyib ki, Asiya valyutaları dollar qarşısında zəifləyir və bu hal ilin sonuna qədər davam edəcək. 

Related posts

YAPONİYADA TARİXİ DÖNÜŞ: Yaponiya Bankı 31 illik rekord üçün faiz artımına hazırlaşır

Asiya bazarlarında “Qara gün”: Texnologiya şoku və hərbi gərginlik bazarları uçuruma sürükləyir!

“S&P”: İslam maliyyə sektorunda artım tempi yavaşlayacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı