Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"S&P": İslam maliyyə sektorunda artım tempi yavaşlayacaq - BBN

“S&P”: İslam maliyyə sektorunda artım tempi yavaşlayacaq

“S&P” Yaxın Şərqdə davam edən müharibənin təsiri səbəbindən qlobal İslam maliyyə sektorunda artım tempinin zəifləyəcəyini açıqlayıb.

BBN.az xəbər verir ki, qurumun proqnozuna əsasən, sektorda artım 2026-cı ilə qədər 5-10 faiz intervalında olacaq. Halbuki, qlobal İslam maliyyə sektoru 2025-ci ildə 10,2 faiz artım qeydə alınıb.

Hesabatda qeyd olunub ki, regional münaqişə Körfəz Əməkdaşlıq Şurası ölkələrinin əksəriyyətində iqtisadi artım perspektivlərini zəiflədib. Bu isə İslam bankları da daxil olmaqla bank sektorunun inkişaf imkanlarını məhdudlaşdırır.

Qurum bildirib ki, yüksək neft qiymətləri müharibə fonunda neft istehsalı və ixracında yaranan azalmanı yalnız qismən kompensasiya edə biləcək. Nəticədə Körfəz ölkələrinin maliyyə balanslarında zəifləmə müşahidə oluna bilər.

“S&P”ın qiymətləndirməsinə görə, hökumətlər artan maliyyələşdirmə ehtiyaclarını likvid aktivlərdən istifadə və xüsusilə özəl yerləşdirmələr vasitəsilə borc buraxılışları hesabına qarşılamağa çalışacaqlar.

Məlumata görə, 2026-cı ilin ilk dörd ayında Körfəz ölkələri üzrə sukuk buraxılışlarının həcmi illik müqayisədə 13,1 faiz artıb. Artım əsasən Səudiyyə Ərəbistanında yerli valyutada həyata keçirilən emissiyalar hesabına baş verib.

“S&P” bildirib ki, 2025-ci ildə qlobal sukuk buraxılışlarının təxminən 45 faizinin Körfəz ölkələrinin payına düşəcəyi gözlənilir. Agentlik qeyd edib ki, bu tendensiyanın davam edib-etməyəcəyi əsasən Yaxın Şərqdəki münaqişənin həlli prosesindən asılı olacaq.

Bununla yanaşı, agentlik yenidən açılma prosesinin kövrək olacağını və müəyyən fasilələrin yaşana biləcəyini də istisna etməyib.

Related posts

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 20 mln. manatı ötüb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatı ötüb

Azərbaycanın xarici dövlət borcu azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı