Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AtaSığorta”nın portfeli “Atəşgah Sığorta”ya ötürüldü - BBN

“AtaSığorta”nın portfeli “Atəşgah Sığorta”ya ötürüldü

“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah Sığorta Şirkəti” ASC-yə ötürülüb.

Məlumata görə, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta”ya transfer edilib. Bu səbəbdən indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan şəxslər sığorta hadisəsi və ya digər müraciətlərlə bağlı artıq “Atəşgah Sığorta”ya müraciət etməlidirlər.

Qeyd olunub ki, bu proses “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta”nın yığım portfelinin həcmi 10 milyon 31 min manat təşkil edib. Cari ilin yanvarın 6-da isə Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkətin sığorta satışlarına məhdudiyyət qoyulub və quruma müvəqqəti inzibatçı təyin edilib.

Mütəxəssislərin fikrincə, sığorta portfelinin digər şirkətə ötürülməsi yaxın müddətdə “AtaSığorta”nın lisenziyasının ləğv edilə biləcəyi ehtimalını artırır.

Related posts

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

ABB-nin AI-nur və AI-khanı – 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

İsi Mustafayev “Azərpoçt”dan ayrıldı – yeni vəzifəyə təyin olundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı