Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avqustun 15-dən Rusiya Mərkəzi Bankı rəqəmsal rublla real əməliyyatları sınaqdan keçirməyə başlayacaq - BBN

Avqustun 15-dən Rusiya Mərkəzi Bankı rəqəmsal rublla real əməliyyatları sınaqdan keçirməyə başlayacaq

Bu barədə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, artıq ölkənin 13 bankı həm texniki təlim, həm də mobil tətbiqinin təkmilləşdirilməsiylə bağlı bütün hazırlıq işlərindən keçib və avqustun 15-dən real müştərilərlə əməliyyatlara başlamağa hazırdır.

“Bir müddət sonra vətəndaşlar rəqəmsal rublun sınaqdan keçirilməsində iştirak etmək üçün müraciət edə biləcəklər. İlkin mərhələdə sınaqda 11 şəhərdən 600 nəfər və 30 müəssisə iştirak edəcək. Biz uzun müddətdir ki, real əməliyyatlara başlamağa hazırlaşırıq. Avqustun 15-də başlayacaq bu pilot lahiyə ilk növbədə banklar, müştərilər (fiziki və hüquqi şəxslər) üçün rəqəmsal rubllarda cüzdanların açılması, müştərilər arasında rəqəmsal rubllarda köçürmələr, ticarət və xidmət müəssisələrində ödənişlər kimi aktiv əməliyyatların sınaqdan keçirilməsinə yönələcəkdir.”- deyə Skoroboqatova vurğulamışdır.

Related posts

Çin faiz dərəcələrində gözlənilən qərar: 13-cü aydır ki, dəyişiklik yoxdur

ABA və bank sektorunun nümayəndələri IsDB Group Annual Meetings 2026-da iştirak ediblər

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı