Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini 2,25 faizə yüksəldib - BBN

Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini 2,25 faizə yüksəldib

Old ECB building with euro symbol in Frankfurt

Avropa Mərkəzi Bankı (AMB) 2023-cü ilin sentyabr ayından bəri ilk dəfə olaraq əsas faiz dərəcəsini artırıb.

AZƏRTAC-ın məlumatına görə, AMB-nin İdarə Heyətinin qərarı ilə əsas faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 2,25 faizə çatdırılıb. Qərar bazar iştirakçıları və analitiklərin proqnozlarına uyğun olub.

Mərkəzi Bank faiz artımını Körfəz regionunda davam edən müharibənin təsiri ilə neft qiymətlərinin yüksəlməsi və bunun nəticəsində Avrozonada inflyasiya təzyiqlərinin güclənməsi ilə əsaslandırıb. Avropa İttifaqının Statistika Xidməti olan Avrostatın ilkin hesablamalarına əsasən, may ayında Avrozonada illik inflyasiya 3,2 faiz təşkil edib. Bu göstərici AMB-nin müəyyən etdiyi 2 faizlik inflyasiya hədəfini əhəmiyyətli dərəcədə üstələyir.

Bununla yanaşı, Avropa Mərkəzi Bankı region üzrə iqtisadi artım gözləntilərini aşağı salıb. Yenilənmiş proqnozlara əsasən, Avrozonada iqtisadi artımın 2026-cı ildə 0,8 faiz təşkil edəcəyi gözlənilir. Halbuki mart ayında açıqlanan proqnozda bu göstərici 0,9 faiz səviyyəsində qiymətləndirilmişdi.

Qərar biznes dairələri və həmkarlar ittifaqları tərəfindən birmənalı qarşılanmayıb. Bir sıra ekspertlər və təşkilatlar faiz dərəcələrinin artırılmasının iqtisadi aktivliyi zəiflədə və biznes subyektləri üçün maliyyələşmə xərclərini artıra biləcəyindən narahat olduqlarını bildiriblər.

Related posts

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı