Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib - BBN

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Dünya Bankı “Global Economic Prospects” hesabatının iyun buraxılışında Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yeniləyərək 2026 və 2027-ci illər üçün gözləntilərini artırıb.

Yenilənmiş hesablamalara əsasən, Azərbaycanın real ÜDM artımının 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Yanvar ayında açıqlanan proqnozlarla müqayisədə Dünya Bankı 2026-cı il üzrə artım gözləntisini 0,2 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi yüksəldib.

Hesabatda qeyd olunur ki, Azərbaycanın iqtisadiyyatı 2024-cü ildə 4,2 faiz, 2023-cü ildə isə 1,4 faiz artıb. 2025-ci ildə isə iqtisadi artım 1,4 faiz səviyyəsində qeydə alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmi 51,784 milyard manat olub.

Hesabat dövründə neft-qaz sektorunda yaradılan əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manata düşüb. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

Dünya Bankının yenilənmiş proqnozları Azərbaycanın iqtisadi sabitliyinin qorunduğunu və orta müddətli dövrdə iqtisadi artımın davam edəcəyinə dair gözləntilərin müsbət olaraq qaldığını göstərir.

Related posts

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı