Avropa Mərkəzi Bankı faiz dərəcələrini yüksəltdi

Avropa Mərkəzi Bankı dekabrın 15-də təşkil etdiyi mətbuat konfransında faiz dərəcələri ilə bağlı qərarını açıqlayıb.

BBN.az tənzimləyicinin rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, bank Avrozonada inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrini yenidən 0.5 artırıb.

Avropa Mərkəzi Bankından qeyd edilib ki, 2023-cü ilin martında son illərdə əldə etdiyimiz istiqrazların böyük bir qismini azaltmağa davam edəcəyik. Bank eyni zamanda növbəti artımların olacağının xəbərdarlığını da edib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 2022-ci ildə 4-cü dəfə, 0.5, 0.75, 0.75 və sonuncu 0.5% olmaqla faiz dərəcələrini artırıb. Bankdan bildirilib ki, inflyasiya Avrozonada yüksəkdir və uzun müddət üçün belə qalmağa davam edəcək: “Təchizat probemindən dolayı, ərzaq və mal və xidmətlərin qiyməti artmağa davam edir. İqtisadiyyat isə çox çətin bir dövrdən keçir. Bu bütün dünyada müşahidə edilən yüksək inflyasiya, enerji böhranı, yavaş iqtisadi inkişaf ilə bağlıdır. Ancaq gərək ki, istənilən iqtisadi tənəzzül çox qısa və dayaz olsun”, – deyə bankın açıqlamasında qeyd edilib. 

Əlavə edilib ki, tarixdə ilklərdən biridir ki, Avrozonada çox sayda insanın məşğuliyyəti vardır: “Lakin iqtisadiyyatı yavaşlatmaqla güman ki, bunun qarşısını almaq mümkün olacaq”.

Related posts

ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

Microsoft Teams və Office tədbiqlərini ayrı-ayrı satacaq

Rumıniya nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı