Avrozonada yanvar ayı üçün ortalama illik inflyasiya 5.1% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 0.9% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə yanvar ayının illik inflyasiya rəqəmi isə dekabr ayı ilə nisbətdə 0.3% artaraq 5.6% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Litva (12.3%) və Estoniyada (11%), ən aşağı göstərici isə İsveçrədə (1.4%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və energetika sektorları olub.