Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avrozonada işsizlik azalır - BBN

Avrozonada işsizlik azalır

“Avrostat” – Avropa İttifaqının Statistika Ofisi Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin noyabr ayına dair işsizlik göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, məlumata görə, Aİ-də oktyabr ayında 6 faiz olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik səviyyəsi noyabr ayında da dəyişməyərək eyni səviyyədə qalıb.

Avrozonada isə oktyabr ayında 6,4 faiz olan işsizlik səviyyəsi noyabrda 6,3 faiz təşkil edib.

Ötən ilin noyabr ayında işsizlik səviyyəsi Avrozonada 6,2 faiz, Aİ-də isə 5,8 faiz olaraq qeydə alınıb.

Noyabr ayında işsizlik səviyyəsi İspaniyada 10,4 faiz, Finlandiyada 10,1 faiz, İsveçdə 9 faiz, Yunanıstanda isə 8,2 faiz olub.

Related posts

Trampdan şok qərar: Jenerik dərmanlara 200%-lik gömrük rüsumu tətbiq oluna bilər

“Intel” yeni ixtisarlar planlaşdırır

Beynəlxalq PLUS-Forum “Ödənişlər və Nağd Pul Dövriyyəsi” əsas bazar iştirakçılarını bir araya gətirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı