Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb - BBN

Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb

Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb.

BBN.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) şirkətlərə və istehlakçılara verilən kreditlər üzrə aprel ayında qeydə alınan dəyişiklikləri açıqlayıb.

Məlumata görə, Avrozonada şirkətlərə verilən bank kreditləri aprel ayında illik müqayisədə 3,4 faiz artıb. Beləliklə, korporativ kreditlərdə artım tempi 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb. Həmin dövrdə artım 4,1 faiz təşkil etmişdi. Bu göstərici mart ayında 3,2 faiz olub.

Ev təsərrüfatlarına verilən kreditlərin artım tempi isə 3 faiz səviyyəsində sabit qalıb.

Gələcək iqtisadi fəaliyyətin aparıcı göstəricilərindən biri hesab edilən geniş pul kütləsi göstəricisi M3 isə 2,7 faiz artaraq analitiklərin 3 faizlik gözləntilərindən aşağı olub. Bu göstərici mart ayında 3,2 faiz səviyyəsində qeydə alınmışdı.

Related posts

Trampdan şok qərar: Jenerik dərmanlara 200%-lik gömrük rüsumu tətbiq oluna bilər

“Intel” yeni ixtisarlar planlaşdırır

Beynəlxalq PLUS-Forum “Ödənişlər və Nağd Pul Dövriyyəsi” əsas bazar iştirakçılarını bir araya gətirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı