Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azər Əmiraslanov: Kraudfandinq vasitəsilə borc və qrantların cəlb edilməsi mümkündür - BBN

Azər Əmiraslanov: Kraudfandinq vasitəsilə borc və qrantların cəlb edilməsi mümkündür

“Kraudfandinq haqqında” qanun çərçivəsində mülki qaydada borc və qrantların əldə edilməsi də mümkün hesab olunur.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, qanun layihəsi yalnız borc və səhm əsaslı maliyyələşdirmə ilə məhdudlaşmır, həm də innovativ layihələrin dəstəklənməsinə xidmət edən digər maliyyələşdirmə formalarını nəzərə alır.

A. Əmiraslanov qeyd edib ki, mülki qanunvericilik müxtəlif maliyyələşdirmə və dəstək mexanizmlərini tanıyır və onlara hüquqi imkan yaradır. Bu baxımdan, mülki qaydada borcların və qrantların cəlb olunması real və tətbiq oluna bilən mexanizmdir.

Onun sözlərinə görə, bu məsələ komitə iclasında da müzakirə edilib və belə maliyyələşdirmə formalarının həyata keçirilməsi mümkündür. Lakin tərəflər bu münasibətləri mülki qaydada düzgün şəkildə rəsmiləşdirməlidirlər.

Deputat, həmçinin qanunvericilikdən kənar maliyyələşdirmə üsullarının müəyyən risklər yaratdığına diqqət çəkib. O bildirib ki, xüsusilə “WhatsApp” və digər qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilən maliyyələşdirmə əməliyyatları hüquqi baxımdan əlavə risklər yarada bilər.

A. Əmiraslanov vurğulayıb ki, qanunvericilikdə konkret prosedurların müəyyən edilməsi investorların və vətəndaşların hüquqlarının qorunması üçün daha etibarlı hüquqi baza formalaşdıracaq.

Related posts

Azərbaycan banklarının xarici öhdəlikləri bir ildə 290 milyon manata yaxın artıb

Avropa rəqəmsal avroya hazırlaşır: Yeni ödəniş sistemi 2029-da tətbiq oluna bilər

Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı