Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İSB: Saxta ehtiyat hissələri yol təhlükəsizliyi və sığorta xərcləri üçün risk yaradır - BBN

İSB: Saxta ehtiyat hissələri yol təhlükəsizliyi və sığorta xərcləri üçün risk yaradır

Saxta və qeyri-standart ehtiyat hissələrinin istifadəsi qısamüddətli dövrdə sığorta şirkətləri üçün müəyyən maliyyə üstünlüyü yaratsa da, gələcəkdə yeni qəza risklərini artırır.

BBN.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Əməliyyatlar departamentinin rəhbəri Sadiq Mədətov Bakıda keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, saxta ehtiyat hissələri bazarının mövcudluğu, bu hissələrin vahid qiymətinin müəyyən edilməsində yaşanan çətinliklər, eləcə də qeyri-rəsmi servis və təmirxanalar üçün vahid standartların olmaması sığorta sektorunda vahid qiymətləndirmə sisteminin formalaşdırılmasına mane olur.

S.Mədətov qeyd edib ki, hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) bu istiqamətdə vahid qiymətləndirmə layihəsi mövcuddur və İcbari Sığorta Bürosu da həmin prosesdə iştirak edir.

Onun sözlərinə görə, əsas problemlərdən biri ehtiyat hissələrinin real qiymətinin müəyyən edilməsidir. Çünki sığorta ödənişlərinin hesablanması əsasən işçi xərcləri və ehtiyat hissələrinin dəyəri əsasında aparılır.

“Qeyri-rəsmi servislərdə bu qiymətləri dəqiq müəyyənləşdirmək mümkün olmur. Ehtiyat hissələri üzrə vahid və etibarlı kataloq da mövcud deyil. Sığorta sektoru baxımından qeyri-rəsmi servislərdən və ya “ölüxanalar”dan hissələrin alınması müəyyən qədər sərfəli görünə bilər. Lakin rəsmi servislərdə xərclərin daha yüksək olması son nəticədə sığorta ödənişlərinə təsir edir və gələcəkdə sığorta haqlarının artırılması zərurətini yaradır”, – deyə o bildirib.

İSB rəsmisi əlavə edib ki, icbari avtomobil sığortası ölkədə ən geniş yayılmış, həm penetrasiya səviyyəsi, həm də zərər əmsalı ən yüksək olan sığorta növüdür.

Onun sözlərinə görə, nəzarət orqanı tərəfindən bu sahədə müxtəlif addımlar atılsa da, hələ də həllini gözləyən məsələlər qalır. S.Mədətov xatırladıb ki, iyunun 16-dan etibarən sığorta haqlarının hesablanması ilə bağlı yeni qaydalar tətbiq edilir və bu dəyişikliklər vətəndaşlar tərəfindən həm müsbət, həm də tənqidi yanaşmalarla qarşılanır.

Related posts

Azərbaycan banklarının xarici öhdəlikləri bir ildə 290 milyon manata yaxın artıb

Avropa rəqəmsal avroya hazırlaşır: Yeni ödəniş sistemi 2029-da tətbiq oluna bilər

Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı