Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azər-Türk Bank”ın səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib - BBN

“Azər-Türk Bank”ın səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib

“Azər-Türk Bank” ASC-nin səhmdarlarının avqustun 25-də keçirilməsi planlaşdırılan növbəti ümumi yığıncağının vaxtı dəyişdirilib.

Saat 12:00-da keçirilməsi nəzərdə tutulan yığıncaq sentyabrın 28-nə təyin edilib.

Yığıncaq bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi daxildir.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 100,5 milyon manatdır.

Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,08 %-i “Zıraat Bank İnternational”a, 6,55 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Related posts

Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Rabitəbankdan təhsil işçilərinə 9,5%-dən başlayan faizlə 50 000 AZN-dək NAĞD PUL KREDİTİ

Banklar stablecoin-lərə qarşı çıxırdı, indi öz rəqəmsal pullarını buraxmağa hazırlaşırlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı