Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib - BBN

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 59 milyard 183,7 milyon manat təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % artıb.

Məlumata görə, bank sektorunun aktivlərinin 28 milyard 990,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə kredit portfeli 8,6 % böyüyüb, kreditlərin aktivlərdə xüsusi çəkisi isə 47,2 %-dən 49 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 3,9 % artaraq 51 milyard 612,2 milyon manata çatıb. Depozit portfeli isə 1 % artımla 38 milyard 548,3 milyon manat təşkil edib. Bunun 17 milyard 426,1 milyon manatı fiziki şəxslərin, 21 milyard 122,2 milyon manatı isə hüquqi şəxslərin depozitlərinin payına düşüb.

Son bir ildə əhalinin banklardakı əmanətləri 18,3 %, hüquqi şəxslərin depozitləri isə 9,9 % azalıb.

Eyni zamanda, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri təxminən 20 % azalaraq 0,4 milyon manata enib.

Bank sektorunun balans kapitalı isə illik müqayisədə 10,4 % artaraq 7 milyard 571,5 milyon manat təşkil edib.

Related posts

Azərbaycan banklarının xalis mənfəəti 557 milyon manatı ötüb

Azərbaycanda problemli kreditlərin həcmi 635 milyon manatı ötüb

İlin ilk 5 ayında İKZF xətti ilə 200 milyon manat ipoteka krediti verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı