Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin İnkişafı Meneceri Nəriman İmranov beynəlxalq konfransda çıxış edib - BBN

Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin İnkişafı Meneceri Nəriman İmranov beynəlxalq konfransda çıxış edib

4 iyul 2024-cü il tarixində məhşur dünya miqyaslı “Worldwide Expert Conferences Ltd” şirkəti tərəfindən təşkil olunmuş ənənəvi “Azərbaycan: Müxbir əlaqələr və ticarətin maliyyələşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi İslam Korporasiyasının və digər xarici qurumların ekspertlərinin də iştirak etdiyi konfransda Azərbaycan Banklar Assosiasiyasını təmsil edən Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin İnkişafı Meneceri Nəriman İmranov moderator olmaqla yanaşı “Azərbaycanda İslam bankçılığı: vəziyyət və perspektivlər” mövzusunda çıxış etmiş və qarşılıqlı müzakirələrdə iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı