Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Bank of Beijing” ilə rəqəmsal bankçılıq üzrə təcrübə mübadiləsi aparıb - BBN

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Bank of Beijing” ilə rəqəmsal bankçılıq üzrə təcrübə mübadiləsi aparıb

3 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin şəhərində “Bank of Beijing” rəhbərliyi ilə işgüzar görüş keçirib.

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) təşkilatçılığı ilə baş tutan tədbirdə ABA-nın baş iqtisadçısı və ABMTM-in direktoru Əzizağa Haxverdiyev, eləcə də Azərbaycan bank sektorunun nümayəndələri iştirak ediblər. “Bank of Beijing” tərəfindən isə görüşə bankın biznes və pərakəndə (retail) sahələrinə məsul rəhbər şəxslər qatılıblar.

Görüşün əsas müzakirə mövzusu bankçılıq proseslərinin rəqəmsal transformasiyası və müasir kreditləşmə modelləri olub.

Müzakirə olunan əsas istiqamətlər:

Rəqəmsal Kreditləşmə: Kredit qərarlarının qəbulunu dəstəkləyən analitik sistemlər və proseslərin tam rəqəmsallaşdırılması;

Elektron Onboarding: Müştərilərin məsafədən qəbulu və identifikasiyası mexanizmləri üzrə Çin təcrübəsi;

Məhsul Dizaynı: Kredit məhsullarının hazırlanmasında müasir metodologiyalar və müştəri seqmentləşdirilməsi modelləri;

İnnovativ Həllər: Kredit təşkilatlarının fəaliyyət səmərəliliyinin artırılması ilə bağlı digər aktual məsələlər.

Görüş çərçivəsində tərəflər rəqəmsal maliyyə xidmətləri sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

Related posts

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub

Azərbaycanda innovasiya sektorunun illik gəlirləri və ixrac həcmi 10 dəfə artırıla bilər

Bank of Baku-da departamentlərə yeni təyinatlar var

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı