Bu il yanvarın 1-nə Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat olub.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, bankların likvid aktivləri sektorun ümumi aktivlərinin 22,6 %-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azalıb.
Hesabatda bildirilib ki, bank sektorunun likvidlik göstəriciləri – məcmu və xarici valyutada likvidliyin örtülmə əmsalları, eləcə də ani likvidlik əmsalı 54,6 % təşkil edib. Bu isə minimum requlyativ tələbi (30 %) 1,8 dəfə üstələyir.