Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat təşkil edib - BBN

Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat təşkil edib

Calculator, Currency, Financial Figures, Number, Document

Bu il yanvarın 1-nə Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat olub.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.

Sənədə əsasən, bankların likvid aktivləri sektorun ümumi aktivlərinin 22,6 %-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azalıb.

Hesabatda bildirilib ki, bank sektorunun likvidlik göstəriciləri – məcmu və xarici valyutada likvidliyin örtülmə əmsalları, eləcə də ani likvidlik əmsalı 54,6 % təşkil edib. Bu isə minimum requlyativ tələbi (30 %) 1,8 dəfə üstələyir.

Related posts

Çinin valyuta ehtiyatları may ayında maksimuma çatıb

Bu il dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı