Home » Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat təşkil edib

Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat təşkil edib

by Zeyneb
0 comments 4 views 0 minutes read

Bu il yanvarın 1-nə Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat olub.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.

Sənədə əsasən, bankların likvid aktivləri sektorun ümumi aktivlərinin 22,6 %-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azalıb.

Hesabatda bildirilib ki, bank sektorunun likvidlik göstəriciləri – məcmu və xarici valyutada likvidliyin örtülmə əmsalları, eləcə də ani likvidlik əmsalı 54,6 % təşkil edib. Bu isə minimum requlyativ tələbi (30 %) 1,8 dəfə üstələyir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.