Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Biznesinin İnkişafı Fondu 6 210 layihəyə 412,5 mln. manat güzəştli kredit verib - BBN

Azərbaycan Biznesinin İnkişafı Fondu 6 210 layihəyə 412,5 mln. manat güzəştli kredit verib

2025-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC ümumi dəyəri 888,2 milyon manat olan 6 210 investisiya layihəsinə 412,5 milyon manat güzəştli kredit ayırıb.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.

Sənədə əsasən, 2024-cü illə müqayisədə investisiya layihələrinin sayı 8,5 %, verilmiş güzəştli kreditlərin məbləği isə 66,2 % artıb. Ötən il ayrılan kreditlər hesabına 5 662 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Verilmiş güzəştli kreditlərin 38,5 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 61,5 %-i isə müxtəlif sənaye məhsullarının istehsalı və emalı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrin inkişafına yönəldilib. Kreditlərin 76,4 %-i regionların, 23,6 %-i isə Bakı şəhəri və ətraf qəsəbələrin payına düşüb.

Hesabatda qeyd olunub ki, il ərzində Fondun investisiya portfelində olan 27 layihənin nizamnamə kapitalına qoyulan investisiyalar nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə 20 milyard manat investisiya yatırılıb.

Bundan başqa, Fondun 14 beynəlxalq tərəfdaşla əməkdaşlığı çərçivəsində indiyə qədər 388 milyon manat birbaşa xarici investisiya və 262 milyon manat xarici kredit cəlb olunub.

Ötən il Fond paylı investisiya qoyuluşları üzrə ümumilikdə 3 yeni layihəni təsdiqləyib.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

ABB-dən 200 000 manata qədər təmir krediti

Naxçıvanda 2 ayda 223,7 mln. manatlıq ÜDM istehsal olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı