2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 653 milyon 130 min ABŞ dolları təşkil edib.
BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 766 milyon 841 min ABŞ dolları və ya 4,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri son bir ildə 16 dəfə artaraq 3 milyard 476 milyon 38 min ABŞ dollarına çatıb. Böyük Britaniyadan Azərbaycana idxalın dəyəri isə 73,5% azalaraq 177 milyon 93 min ABŞ dolları olub.
Yanvar-iyul aylarında Böyük Britaniya ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 12,5%-ni təşkil edib. Bu ölkəyə ixrac ümumi ixracın 17,9%-nə, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7%-nə bərabər olub.
Ümumilikdə, 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da illik müqayisədə 1,3% çoxdur.
Hesabat dövründə ixrac 19 milyard 336 milyon ABŞ dolları, idxal isə 9 milyard 881 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ixrac 27% artıb, idxal isə 27,4% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarətində 9 milyard 455 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.