Azərbaycan Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının (IOSCO) illik toplantısı çərçivəsində təşkil olunan Avropa Regional Komitəsinin (ERC) onlayn formatda keçirilən illik yığıncağında təmsil olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat yayılıb.
Məlumata əsasən, IOSCO İdarə Heyətinin sədri Jan Pol Servais-in rəhbərlik etdiyi tədbirdə region üzrə 50-dən çox qiymətli kağızlar bazarı tənzimləyici qurumundan 100 nümayəndə iştirak edib.
Tədbirdə AMB-nin sədr müavini Əli Əhmədov cari geosiyasi proseslərin beynəlxalq maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital bazarlarına təsiri mövzusunda çıxış edib.
Yığıncaq çərçivəsində komitə üzvləri qiymətli kağızlar bazarlarında dayanıqlılığın təmin olunması istiqamətində yeniliklər ətrafında fikir mübadiləsi aparıb, investorların müdafiəsi və nəzarət sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Bundan əlavə, iştirakçılara IOSCO-nun 2026-cı il üzrə iş planının icrası barədə məlumat təqdim olunub, həmçinin təşkilatın tənzimləyici yanaşmalar arasında uyğunluğun təşviqində rolu vurğulanıb.