Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər - BBN

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Onlayn formada reallaşdırılan tədbir 2025-ci ilin 21 oktyabr tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində həyata keçirilib.

Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr olunub.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində dizayn düşüncə yanaşmasının tətbiqi, data əsaslı qərar qəbuletmə, süni intellekt və digər texnoloji həllərin tətbiqi, keyfiyyətli idarəetmə sistemlərinin istifadəsi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Qazaxıstan tərəfinin sorğusu əsasında onlarla paylaşılmasıdır.

Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara müvafiq sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, eləcə də qarşı tərəfinin sualları cavablandırılıb.

Related posts

Malta ilə ticarət dövriyyəsinin həcmində ciddi artım var

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı