Azərbaycandakı banklar 2026-cı ilin yanvar ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 117,7 milyon manat faiz ödəyiblər.
Bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 milyon manat və ya 17% artıb.
Belə ki, 2025-ci ilin yanvar ayında banklar depozitlər üzrə 100,8 milyon manat faiz ödəmişdilər.