Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Yanvarda nağd dollar əməliyyatları 36,5% azalıb - BBN

Azərbaycan Mərkəzi Bankı: Yanvarda nağd dollar əməliyyatları 36,5% azalıb

stack of one hundred dollars notes on dollars background

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların ümumi həcmi 260 milyon 423 min ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% və ya 149,9 milyon ABŞ dolları azalıb.

Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,5% artaraq 124,9 milyon dollar, satışı isə 2,2 dəfə azalaraq 135,6 milyon dollar olub.

Eyni zamanda, banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2,7% azalaraq 9,5 milyon avro, satışı isə 2,1 dəfə azalaraq 8,1 milyon avro təşkil edib.

Related posts

Qızıl yenidən səhnədə: Qiymət 2 aydan çox müddətin zirvəsinə yaxınlaşdı

Bitcoin 64 min dollarda ilişib qaldı – bazar ABŞ və İran xəbərlərini gözləyir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı