Azərbaycanda kredit ödəniş intizamı üzrə rayon və şəhərlərin göstəriciləri məlum olub.
Azərbaycan Mərkəzi Bankı tərəfindən bu ilin yanvarın 1-nə açıqlanan statistikaya əsasən, ölkənin rayon və şəhərləri üzrə verilmiş vaxtı keçmiş kreditlərin cəmi kreditlərə olan nisbəti təqdim edilib.
Məlumata görə, bəzi bölgələrdə kreditlərin vaxtında ödənilməsi daha yüksək səviyyədə olduğu halda, digər ərazilərdə gecikmələr üstünlük təşkil edir.
İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, rayonlar üzrə kreditlərin gecikməsi və ya vaxtlı-vaxtında ödənilməsi müxtəlif amillərlə bağlıdır. Onun sözlərinə görə, regionun iri şəhərlərə yaxınlığı bu məsələdə əsas faktorlardan biridir.
Ekspert qeyd edib ki, iri şəhərlərə və onların ətraf ərazilərinə yaxın olan rayonlarda vətəndaşlar kredit ödənişlərini vaxtında etməyə daha çox maraq göstərirlər. Ucqar ərazilərə doğru getdikcə isə ödənişlərlə bağlı çətinliklər artır.
Ruslan Atakişiyev vurğulayıb ki, bunun əsas səbəblərindən biri həmin ərazilərdə maliyyə əlçatanlığının və maliyyə institutlarının inkişaf səviyyəsinin fərqli olmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı Xəzər Xəbər təqdim edib.