Home » Azərbaycan Mərkəzi Bankı: Kreditləri ən yaxşı və ən pis ödəyən rayon və şəhərlərin adları açıqlanıb

Azərbaycan Mərkəzi Bankı: Kreditləri ən yaxşı və ən pis ödəyən rayon və şəhərlərin adları açıqlanıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda kredit ödəniş intizamı üzrə rayon və şəhərlərin göstəriciləri məlum olub.

Azərbaycan Mərkəzi Bankı tərəfindən bu ilin yanvarın 1-nə açıqlanan statistikaya əsasən, ölkənin rayon və şəhərləri üzrə verilmiş vaxtı keçmiş kreditlərin cəmi kreditlərə olan nisbəti təqdim edilib.

Məlumata görə, bəzi bölgələrdə kreditlərin vaxtında ödənilməsi daha yüksək səviyyədə olduğu halda, digər ərazilərdə gecikmələr üstünlük təşkil edir.

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, rayonlar üzrə kreditlərin gecikməsi və ya vaxtlı-vaxtında ödənilməsi müxtəlif amillərlə bağlıdır. Onun sözlərinə görə, regionun iri şəhərlərə yaxınlığı bu məsələdə əsas faktorlardan biridir.

Ekspert qeyd edib ki, iri şəhərlərə və onların ətraf ərazilərinə yaxın olan rayonlarda vətəndaşlar kredit ödənişlərini vaxtında etməyə daha çox maraq göstərirlər. Ucqar ərazilərə doğru getdikcə isə ödənişlərlə bağlı çətinliklər artır.

Ruslan Atakişiyev vurğulayıb ki, bunun əsas səbəblərindən biri həmin ərazilərdə maliyyə əlçatanlığının və maliyyə institutlarının inkişaf səviyyəsinin fərqli olmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı Xəzər Xəbər təqdim edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.