Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Təminatsız pul bazarında faizlər uçot dərəcəsinə yaxınlaşır - BBN

Azərbaycan Mərkəzi Bankı: Təminatsız pul bazarında faizlər uçot dərəcəsinə yaxınlaşır

Təminatsız pul bazarında faizlərin Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın səviyyədə hərəkət etdiyi bildirilir.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd olunub ki, faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR indeksi göstəricisinin azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvar ayında 6,70% təşkil etdiyi halda, bu göstərici fevralda 6,54%-ə, martda isə 6,47%-ə enib.

AMB əlavə edib ki, ötən iclasdan bəri gəlirlilik əyrisində, eləcə də Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar müşahidə olunub.

Bildirilib ki, Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları vasitəsilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb.

Related posts

Qlobal bazarlarda “geosiyasi dalğa”: Dollar və neft yüksəlir, səhm bazarları təzyiq altındadır

Qlobal bazarlarda “geosiyasi təlatüm”: Aktivlər arasındakı əlaqə investorları ehtiyatlı davranmağa vadar edir

Bakıda əmtəə birjasının yaradılması təklif olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı