Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib - BBN

Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ləman”, “Stumul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş göndərib.

Buna səbəb sözügedən kredit ittifaqlarının 2024-cü il üzrə kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməməsi olub.

Qeyd olunub ki, bu, “Kredit ittifaqları haqqında” Qanunun 17.3-cü maddəsinin tələblərinə uyğun deyil. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinə əsasən, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçirilməsi və təsdiqedici sənədlərin əlavə edilməklə AMB-yə təqdim olunması tələb edilib.

Related posts

Mərkəzi Bankın valyuta ehtiyatları 13 mlrd. dolları ötüb

QDTİB-nin Rəhbərlər Şurasına sədrlik Azərbaycandan Bolqarıstana keçir

“Regional” BOKT MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı