Ötən il ərzində ölkədə keçirilən valyuta hərraclarında təklif tələbi üstələyib.
BBN.az xəbər verir ki, bunu uçot dərəcəsi ilə bağlı keçirilən mətbuat konfransında Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bəzi hərraclarda təklif 70 milyon ABŞ dolları olduğu halda, tələb 54 milyon dollar səviyyəsində formalaşıb. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı göstəricisinə enərək 18 milyon dollar təşkil edib.
AMB sədri qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun transferlərinin bir hissəsi dollar şəklində Maliyyə Nazirliyinə təklif olunub. Bildirilib ki, növbəti aylarda bazarda tələb yaranacağı təqdirdə həmin vəsaitlərin satışına hazırdırlar.
Taleh Kazımov əlavə edib ki, mövcud şəraitdə əsas diqqət beynəlxalq ehtiyatların balansındakı dəyişikliklərə yönəldilib.