
2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların ümumi həcmi 260 milyon 423 min ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% və ya 149,9 milyon ABŞ dolları azalıb.
Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,5% artaraq 124,9 milyon dollar, satışı isə 2,2 dəfə azalaraq 135,6 milyon dollar olub.
Eyni zamanda, banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2,7% azalaraq 9,5 milyon avro, satışı isə 2,1 dəfə azalaraq 8,1 milyon avro təşkil edib.





