Azərbaycan nefti 6%-dək bahalaşıb

Ötən həftə ərzində (4 – 8 sentyabr) dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 96,058 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,058 dollar və ya 5,56% çoxdur.

BBN.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) – 97,06 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 94,63 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı