Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 7 ayda 41 yeni dövlət standartı qəbul edilib - BBN

Azərbaycanda 7 ayda 41 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 41 yeni dövlət standartı qəbul edib.

BBN.az xəbər verir ki, bunu Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur.

7 ay ərzində qəbul edilmiş standartların 34,1 %-i və yaxud 14-ü aqrar və qida sahəsi üzrə, 5-i ekologiya sahəsi üzrə, 3-ü kosmetika sahəsi üzrə, 1-i elektronika, informasiya texnologiyaları və telekomunikasiya sahələri üzrə, 3-ü neft və kimya sahələri üzrə, 3-ü ağır sənaye və maşınqayırma sahələri üzrə, 4-ü tikinti materialları üzrə, 3-ü qiymətli metallar və qiymətli daşlar üzrə, 1-i idarəetmə sistemləri sahəsi üzrə, 2-si tibb sahəsi üzrə, 2-si isə təşkilati və metodoloji sahəsi üzrə qəbul edilib.

Related posts

Trampdan İran Açıqlaması: Qlobal Bazarlarda “Sülh Rallisi” Gözləntisi

Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

Çin İqtisadiyyatında Gözlənilməz Geriləmə: İxracat Kəskin Azaldı, Ticarət Profisiti Zəiflədi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı