Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,41 ABŞ dolları və ya 2,63% yüksələrək 93,91 ABŞ dollarına çatıb.
Qeyd edək ki, əvvəlki qiymət 91,50 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları hesablanıb.