Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan nefti bahalaşıb - BBN

Azərbaycan nefti bahalaşıb

Oil pump jack and barrels on newpaper with growth of price of crude oil. Stock market of crude oil, investment and petroleum industry. 3d illustraton

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.04 dollar, yaxud 0.04% artaraq 90.71 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin dekabr fyuçersləri 84.69 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Ekspert: İlin sonunadək İslam bankçılığı ilə bağlı bəzi qanunvericilik islahatlarının qəbulu gözlənilir

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

AMB yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı yeni agentlər seçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı