Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan ötən il 1,4 milyard dollardan çox dəyərdə hibrid avtomobil idxal edib - BBN

Azərbaycan ötən il 1,4 milyard dollardan çox dəyərdə hibrid avtomobil idxal edib

Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət baxımından isə 2,8 dəfə artıb.

Hesabat dövründə Azərbaycan əsasən aşağıdakı ölkələrdən hibrid avtomobil idxal edib:

  • Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (illik müqayisədə 3,6 dəfə çox) 62 488 ədəd (+4,8 dəfə);

  • Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 031 ədəd (-23 %);

  • Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 903 ədəd (+69 %);

  • Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 718 ədəd (+3,6 %);

  • Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %).

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

YAPONİYA ÖDƏNİŞ NƏHƏNGİ ABŞ BİRJASINDA: PAYPAY IPO-DAN $880 MİLYON CƏLB ETDİ

Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı