
Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət baxımından isə 2,8 dəfə artıb.
Hesabat dövründə Azərbaycan əsasən aşağıdakı ölkələrdən hibrid avtomobil idxal edib:
-
Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (illik müqayisədə 3,6 dəfə çox) 62 488 ədəd (+4,8 dəfə);
-
Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 031 ədəd (-23 %);
-
Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 903 ədəd (+69 %);
-
Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 718 ədəd (+3,6 %);
-
Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %).
Qeyd edək ki, 2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.





