Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb - BBN

Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Özbəkistan iqtisadiyyatına 74 milyon 887 min ABŞ dolları investisiya yatırıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 58 milyon 204 min ABŞ dollar və ya 4,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 4-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub.

Related posts

KOBİA daha 10 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazları tam yerləşdirilib

“S&P”ABİF-in kredit reytinqləri üzrə illik baxış keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı