Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“S&P”ABİF-in kredit reytinqləri üzrə illik baxış keçirib - BBN

“S&P”ABİF-in kredit reytinqləri üzrə illik baxış keçirib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) kredit reytinqləri üzrə illik baxışını keçirib.

BBN.az xəbər verir ki, illik baxış sənədində Fondun mövcud uzunmüddətli kredit reytinqi “BB”, reytinq üzrə proqnozu “Sabit”, qısamüddətli kredit reytinqi isə “B” olaraq göstərilib.

“S&P” bildirib ki, açıqlama yeni reytinq qərarı deyil. Agentlik illik baxış çərçivəsində Fondun son maliyyə göstəricilərini, fəaliyyət nəticələrini və bazardakı dəyişiklikləri yenidən nəzərdən keçirib.

Qiymətləndirməyə əsasən, ABİF-in kapital və gəlirlilik göstəriciləri onun ən güclü tərəflərindən biridir. “S&P” bu istiqaməti “çox güclü” qiymətləndirib və bunun Fondun kredit profilinə iki pillə müsbət təsir etdiyini bildirib.

Fondun biznes mövqeyi və risk mövqeyi “adekvat”, maliyyələşmə imkanları və likvidlik göstəriciləri də “adekvat” səviyyədə qiymətləndirilib. Bu amillərin reytinqə əlavə müsbət və ya mənfi təsiri olmayıb.

Qeyd edək ki, “BB” reytinqi investisiya səviyyəsindən aşağı hesab olunur. “S&P” şkalasında investisiya səviyyəsi “BBB-” reytinqindən başlayır.

Related posts

KOBİA daha 10 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazları tam yerləşdirilib

Azərbaycan banklarının aktivləri 61 milyard manata yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı